07.02.2021

V.Qurbanov adına Köhnəbazar kənd tam orta məktəbinin 140 illik yubileyinə həsr olunmuş Respublika Elmi Konfransı keçiriləcəkdir.

13 fevral saat 11:00 tarixində Kürdəmirin Tədqiqi və Təbliğinə Dəstək İctimai Birliyinin və Kürdəmir Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Zoom platforması vasitəsilə V.Qurbanov adına Köhnəbazar kənd tam orta məktəbinin 140 illik yubileyinə həsr olunmuş Respublika Elmi Konfransı keçiriləcəkdir.

Respublika Elmi Konfransının aparıcısı tarix elmləri doktoru, professor Habil Məmmədovdur.

Həmçinin görüş Kürdəmirin Tədqiqi və Təbliğinə Dəstək İctimai Birliyinin facebook səhifəsi vasitəsilə canlı olaraq yayımlanacaq.

Respublika Elmi Konfransının materialları çap olunaraq ictimaətə təqdim ediləcəkdir.