Məmmədov Rəfail İnqilab oğlu

Müdir

Məmmədov Rəfail İnqilab oğlu 01.06.1979-cu ildə Kürdəmir rayonu Xınıslı kəndində anadan olmuşdur.

1985-1994-cü illərdə Kürdəmir rayonu A.Məmmədov adına Xınıslı kənd ümumi orta məktəbində ümumi orta təhsilini,1994-1996-cı illərdə Kürdəmir rayonu Karrar qəsəbə tam orta məktəbində tam orta təhsilini başa vurmuşdur.

1997-ci ildə ADPU-nun filologiya fakültəsinə qəbul olub.

1998-2000-ci illərdə  hərbi xidmətdə olub.

2000-ci ildə A.Məmmədov adına Xınıslı kənd tam orta məktəbində Uşaq Birliyi Rəhbəri kimi əmək fəaliyyətinə başlayıb. 2001-ci ildən 2011-ci ilə kimi həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi pedaqoji fəliyyətini davam etdirib.  2011-ci ildən 2020-ci ilə kimi Kürdəmir şəhər T.İsmayılov adına 1 saylı tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini işləyib. 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15 iyul 2020-ci il tarixli 01-9-143/17 nömrəli razılıq məktubu və Kürdəmir Rayon İcra Hakimiyyətinin 20 iyul 2020-ci il tarixli 128 nömrəli sərəncamına əsasən Kürdəmir Rayon Təhsil Şöbəsinə müdir təyin olunub.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 3 oktyabr 2008-ci il tarixli 3070 № -li sərəncamı ilə  “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin  05 iyul 2010-cu il tarixli 998 №-li sərəncamı ilə “100 ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir. 3 övladı var.