Kürdəmirli şagird Respublika Fənn Olimpiadalarının qalibi olub
Kürdəmir rayonu Axtaçı-Qarabucaq kənd tam orta məktəbinin IX sinif şagirdi Zərbalıyev Fərid Fərahim oğlu Respublika Fənn Olimpiadalarının qalibi olub.
Ətraflı2020-2021-ci tədris ilində müxtəlif müsabiqələrdə qalib olan yaxud fərqlənən şagirdlər təltif olunublar
Bu gün Kürdəmir Rayon Təhsil Şöbəsinin inzibati binasında 2020-2021-ci tədris ilində müxtəlif müsabiqələrdə qalib olan yaxud fərqlənən şagirdlərin təltif olunması həyata keçirilib.
Ətraflı1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub
Kürdəmir Rayon Təhsil Şöbəsi, Kürdəmirin Tədqiqi və Təbliğinə Dəstək İctimai Birliyi, Kürdəmir Regional “ASAN xidmət" Mərkəzi ilə birgə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhidlərimizin övladları üçün “Günəş bizim, Yer bizimdir” adlı bayram tədbiri təşkil edilib.
ƏtraflıTarixin təhrif olunması böyük yanlışlıqların səbəbidir
Bu gün gənc nəslin qarşısında qoyulan ən mühüm məsələlərdən biri də öz tarixi keçmişimizi dəqiqliklə öyrənmək və yol verilmiş tarixi səhvlərin aradan qaldırılması yolunda əməli işlər görməkdir.
Azərbaycanın müasir tarixi öyrənilməli və təbliğ olunmalıdır
Bu gün müasir dünya tarixinə nəzər salsaq, görərik ki, kifayət qədər saxta məlumatlar yer almaqdadır və bu yalanları tarixi faktlara çevirmək istəyən qüvvələr öz çirkin əməllərini həyata keçirməyə meyl edən, reallıqları qəbul edə bilməyən, saxta yazılarla dünya ictimaiyyətinin diqqətini həqiqətlərdən yayındırmağa çalışan üzdəniraq erməni millətçiləri və onlara dəstək göstərən təşkilatların üzvləridir.
Təhsil sahəsində əməkdaşlığın inkişafı prinsipial məsələlərdəndir
Müstəqil dövlət olmağımız, müstəqil dövlət olaraq dünyada tanınmağımız və dünya birliyində yer tutmağımız onu tələb edir ki, ölkəmizin, xalqımızın bütün sahələrdə yüksək ixtisasa malik olan, dünyada gedən elmi-texniki proseslə, nəinki ayaqlaşan, həmçinin müəyyən istiqamətdə onu qabaqlayan, buna qabil ola bilən kadr potensialı olsun.
Azərbaycan ordusu Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi
Azərbaycan xalqı 30 illik yurd nisgilindən sonra, nəhayət ki, Qarabağda qəhrəman bir savaşla tarixi zəfər qazandı, üzücü işğal dövrünə son qoydu.
ƏtraflıAzərbaycan Ordusunun tətbiq etdiyi hərbi strategiyalar sayəsində qələbəmiz daha inamlı oldu
İşğalçı Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan, 44 gün davam edən və Azərbaycanın tam qələbəsi ilə nəticələnən Vətən müharibəsinin əhəmiyyəti, mahiyyəti, nəticələri uzun illər təhlil ediləcək, bu qələbənin şəninə dastanlar, romanlar, elmi əsərlər yazılacaq.
ƏtraflıKürdəmir rayonu Atakişili kənd tam orta məktəbinin şagirdi rayon üzrə ən yüksək nəticə göstərib
30 aprel 2021-ci il tarixində keçirilmiş XI siniflərin buraxılış imtahanlarının nəticələri elan olunub.
ƏtraflıXalqların gələcək rifahı naminə əməkdaşlıq
Ölkələr arasında siyasi, iqtisadi və mədəni əlaqələr onlar arasında əməkdaşlığın formalaşmasına zəmin yaradır.
ƏtraflıAzərbaycan ilə İran arasında münasibətlər qardaşlıq və mehriban qonşuluq prinsipləri əsasında qurulub
Hər bir ölkənin təhlükəsizliyi və inkişaf göstəricilərini həm də qonşuları ilə münasibətləri müəyyən edir.
ƏtraflıKürdəmir rayonununda şəhidin adına növbəti bulağın açılışı olub
Bu gün Kürdəmir rayonunda kəşfiyyatçı şəhid çavuş Əli Məmmədovun adına salınmış bulağın açılışı olub.
Ətraflı“Nizami fenomeninə milli və ədəbi kimlik kontekstində baxış” adlı mühazirə keçirilib
AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional Filialı Azərbaycan farsdilli poeziyasının klassiki, orta əsrlər şərqinin ən böyük şairlərindən biri Nizami Gəncəvinin 880 illiyi münasibətilə 2021-ci il “Nizami ili” çərçivəsində növbəti onlayn mühazirə keçirmişdir.
ƏtraflıTəhsil şöbəsinin müdiri məktəblərin sosial şəbəkə səhifələrinin idarəediciləri ilə görüş keçirib
Bu gün Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Xalid Bayramov və ümumi təhsil müəssisələrinin sosial şəbəkə səhifələrinin idarəediciləri arasında videogörüş keçirilib.
ƏtraflıX sinif şagirdləri ilə videogörüş keçirilib
Bu gün Kürdəmir Rayon Təhsil Şöbəsi və "Gələcəyini Qur" layihəsinin idarə heyətinin birgə təşkilatçılığı ilə rayonun ümumi təhsil müəssisələrində təhsil alan X sinif şagirdləri ilə videogörüş keçirilib.
Ətraflı