02.11.2021

Kürdəmir şagirdləri Zəfər Gününə həsr edilmiş yürüşdə iştirak ediblər

Kürdəmir Rayon Təhsil Şöbəsinin və Gənlərin İnkişaf və Karyera Mərkəzinin Kürdəmir rayon Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr edilmiş yürüş keçirilib.

Məktəblilərin yürüşü Heydər Əliyev parkından başlayaraq Şəhidlər Xiyabanında başa çatıb. Şəhidlər Xiyabanında yürüş iştirakçıları qarşısında çıxış edən şəhid Həşimli Cəmilin anası Simuzər xanım, Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov, Gənlərin İnkişaf və Karyera Mərkəzinin Kürdəmir rayon Nümayəndəliyinin direktoru Nicat Ağarəhimov bir daha məktəblilərə öz təşəkkürlərini bildiriblər.

Şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə çiçəklərin düzülməsi ilə tədbir başa çatıb.