28.10.2021

Kürdəmirdə şahmat çempionatına start verilib

Bu gün Kürdəmir Rayon Təhsil Şöbəsinin, Kürdəmir Rayon Gənclər və İdman İdarəsinin və Kürdəmir Rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin tədbirlər planına əsasən, 8 Noyabr "Zəfər Günü"nə həsr edilmiş məktəblilər arasında şahmat çempionatına start verilib.

Azərbaycan Respublikasının Dövlət Himnin səslənməsi və şəhidlərimizin 1 dəqiqəlik sükutla yad edilməsindən sonra Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov çıxış edərək turniri açıq elan edib. Daha sonra Rayon İcra Hakimiyyətinin əməkdaşı Elşən İsmayılov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Süleymanov, rəis müavini Qalib Baxşıyev, Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Samir Şükürov çıxış edərək bir daha iştirakçılara uğurlar arzu ediblər.

Şöbə müdiri Rəfail Məmmədov və məktəbli şagirdimiz arasında yoldaşlıq görüşü də baş tutub.


Açar sözlər: ,