28.10.2021

Vaksinasiya ilə bağlı maarifləndirici söhbət aparılıb

Hər 2 doza vaksin olunmuş müəllimlərin üçüncü doza (“buster” doza) ilə peyvəndlənməsi ilə bağlı verilmiş tapşırıqların yerlərdə icrasına başlanılması məqsədilə məktəb rəhbərləri ilə görüş keçirilib.

Görüşdə Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov, şöbənin əməkdaşları, məktəb direktorları və direktor müavinləri iştirak ediblər.  Şöbə müdiri Rəfail Məmmədov öz çıxışında vaksinasiyanın həm də təhsil məsələsi olmasından, məkət rəhbərlərinin görməli olduğu işlərdən söz açıb.

Görüşdə çıxış edən şöbə əməkdaşları Mehman Osmanov, Elnarə Səlimova və Xalid Bayramov vaksinasiya ilə yanaşı, müsabiqə və tədbirlərdə məktəblərin iştirak vəziyyəti ilə bağlı məlumatları paylaşıblar.

Sonda suallar cavablandırılıb.


Açar sözlər: