13.10.2021

Kürdəmir Rayon Təhsil Şöbəsinin əməkdaşları məktəblərdə monitorinqdə olublar

Bu gün Kürdəmir Rayon Təhsil Şöbəsinin əməkdaşları Bəturə Məmmədova və Elnarə Səlimova rayonun Ə.Şəmiyev adına Çöl Ərəb kənd ümumi orta məktəbində və E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbində monitorinqdə olublar.

Monitorinq zamanı əməkdaşlarımız məktəblərdə təlim-tərbiyə prosesinin təşkili, xüsusi karantin rejimi qaydalarına əməl olunmasının vəziyyəti, şagirdlərin, pedaqoji və texniki heyətin davamiyyəti ilə yerindəcə tanış olublar.

 


Açar sözlər: ,  ,