26.06.2021

N saylı hərbi hissədə 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə əlaqədar tədbir keçirilib

Bu gün Kürdəmir rayonunda yerləşən N saylı hərbi hissədə 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə şəhid ailələri, hərbi qulluqçular, Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısı səlahiyyətlərini müvəqqəti icra edən Ağali Kərimli, Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov, həmçinin bir sıra idarə və təşkilatların nümayəndələri iştirak edib.

Tədbir ulu öndər Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayıb. Daha sonra bütün şəxsi heyet Silahlı Qüvvələr Günü münasibətilə təbrik edilib, ordumuzun 44 günlük Vətən müharibəsində göstərdiyi rəşadətdən, Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında qazanılan tarixi qələbimizdən söz açılıb.

Sonda şəhid ailələrinin üzvləri və xidmət zamanı fərqlənən hərbi qulluqçular Fəxri Fərmanla təltif edilib.


Açar sözlər: ,