23.06.2021

Təhsil Şöbəsinin müdiri Respublika turnirinin qaliblərini qəbul edib

Bu gün Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika voleybol turnirində III yeri qazanmış Kürdəmir məktəblilərindən ibarət komandanı, həmçinin Uşaq Gənclər İdman-Şahmat məktəbinin rəhbərliyini qəbul edib.

Görüşdə çıxış edən şöbə müdiri rəhbər heyəti, həmçinin komanda üzvlərini bir daha təbrik edərək onları Fəxri Fərmanla mükafatlandırıb. Uşaq Gənclər İdman-Şahmat məktəbinin direktoru Samir Şükürov kollektiv adından şöbə müdirinə minnətdarlığını bildirib.

Qeyd edək ki, turnir Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib.

Əlavə edək ki, Cəlilabad komandası I yeri, Masallı komandası II yeri, Kürdəmir komandası isə III yeri tutmaqla turnirin qalibləri olublar.


Açar sözlər: