22.06.2021

Kürdəmir məktəbliləri respublika voleybol turnirinin qalibi olublar

Bu gün Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika voleybol turniri başa çatıb.

Qeyd edək ki, turnir Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib.     

Bu gün baş tutan yarımfinal qarşılaşmasında Kürdəmir komandası Masallı rayonunun komandasına məğlub olsa da, Göyçay rayonunun komandasını məğlub edərək III yeri qazanıb.

Beləliklə, Cəlilabad komandası I yeri, Masallı komandası II yeri, Kürdəmir komandası isə III yeri tutmaqla turnirin qalibləri olublar.

Kürdəmir Rayon Təhsil Şöbəsi olaraq bütün qalib komandaları təbrik edir, növbəti turnirlərdə də nailiyyətlər arzu edirik.


Açar sözlər: