21.06.2021

Axtaçı-Qarabucaq kənd tam orta məktəbinin şagirdi rayon birincisi olub

Dövlət İmtahan Mərkəzi 17 iyun 2021-ci il tarixində keçirilən IX siniflərin buraxılış imtahanlarının nəticələri açıqlayıb.

Kürdəmir rayonu üzrə Axtaçı-Qarabucaq kənd tam orta məktəbinin IX sinif şagirdi Zərbalıyev Fərid Fərahim oğlu Riyaziyyat fənni üzrə 100, Azərbaycan dili fənni üzrə 96.7, Xarici dil fənni üzrə isə 86.7 bal toplayaraq, ümumilikdə 283,4 balla IX sinif şagirdləri arasında rayon birincisi olub.

Əlavə edək ki, Fərid həm də 2021-ci ilin Azərbaycan dili və ədəbiyyatı fənni üzrə olimpiadanın bürünc mükafatçısıdır.

Kürdəmir Rayon Təhsil Şöbəsi olaraq şagirdimizi və məktəb kollektivi təbrik edir, gələcəkdə daha böyük nailiyyətlər arzulayırıq