25.05.2021

X sinif şagirdləri ilə videogörüş keçirilib

Bu gün Kürdəmir Rayon Təhsil Şöbəsi və "Gələcəyini Qur" layihəsinin idarə heyətinin birgə təşkilatçılığı ilə rayonun ümumi təhsil müəssisələrində təhsil alan X sinif şagirdləri ilə videogörüş keçirilib.

Görüşdə çıxış edən şöbə müdiri Rəfail Məmmədov, həmçinin layihənin idarə heyətinin üzvləri və ötən illərdə layihədə iştirak edərək ali təhsil müəssisələrinə qəbul olan tələbələr "Gələcəyini Qur" layihəsinin əhəmiyyətindən, əldə olunan imkanlardan, əvvəlki illərdə əldə olunmuş uğurlu nəticələrindən danışıblar.

Kürdəmir Rayon Təhsil Şöbəsi olaraq şagirdlərimizi bu imkanlardan faydalanmağa çağırır və onlara uğurlar arzulayırıq.


Açar sözlər: ,  ,  ,