09.04.2021

Kürdəmir rayon məktəblərinin 9-cu siniflərində monitorinq imtahanları keçirilib

Kürdəmir Rayon Təhsil Şöbəsinin tabeçiliyində fəaliyyət göstərən ümumi təhsil müəsssisələrinin 9-cu sinif şagirdlərinin buraxılış imtahanına hazırlıq səviyyəsini ölçmək, həmçinin artırmaq məqsədilə keçirilən monitorinq imtahanları başa çatıb.

Qeyd edək ki, Kürdəmir Rayon Təhsil Şöbəsinin tabeçiliyində 45 tam orta, 12 ümumi orta, 2 ibtidai, 2 məktəbdənkənar təhsil müəssisəsi olmaqla, ümumilikdə 61 təhsil müəssisəsi fəaliyyət göstərir ki, bunlardan 56-da 2020-2021-ci tədris ili üzrə 9-cu sinif mövcuddur.