09.04.2021

Kürdəmir rayon məktəblərində monitorinqlər davam edir

Bu gün Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov və şöbənin əməkdaşları rayonun Qaramahmudlu kənd ümumi orta və M.Quliyev adına Ərəbxana kənd tam orta məktəblərində olaraq, pedaqoji, texniki işçilərin işə davamiyyəti, həmçinin şagirdlərin dərsə davamiyyəti, “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na əməl olunması, şagirdlərin bilik səviyyəsi, sinif jurnallarının təlimata uyğun şəkildə yazılması və s. məsələlərlə yerindəcə tanış olublar.