07.04.2021

Məktəb rəhbərləri ilə növbəti videogörüş

Bu gün Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov və əməkdaşları ilə şöbənin tabeçiliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktorları və müavinləri arasında növbəti videogörüş keçirilib.

Görüşdə Dövlət İmtahan Mərkəzinin "Şagird-məzun" dövlət elektron məlumat sistemi ilə bağlı məsələlərdən, pedaqoji kollektiv arasında vaksin olunmanın təşviqindən, xüsusi karantin rejimi zamanı tədrisin təşkili qaydalarına ciddi əməl olunmasından, Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş "Xəmsə möcüzəsi" adlı şeir müsabiqəsində məktəblərin iştirak fəallığından söz açılıb.

Sonda suallar cavablandırılıb.