06.04.2021

Kürdəmirdə şəhidin adına növbəti bulağın açılışı olub

Bu gün Kürdəmir rayonu F.Həşimov adına 3 nömrəli tam orta məktəbin həyətində şəhid Həşimli Cəmil Əflatun oğlunun adına salınmış bulağın açılışı olub. Tədbirdə şəhidin anası, qardaşı, şəhid general Polad Həşimovun anası, şəhid Xudayar Yusifzadənin anası, həmçinin digər şəhid anaları, döyüşçü yoldaşları,  Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısı səlahiyyətlərini icra edən Ağali Kərimli, əməkdaşları, Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri, əməkdaşları, Kürdəmir Regional Mədəniyyət İdarəsinin müdiri, əməkdaşları, Kürdəmir TTD İB-nin üzvləri, rayon ziyalıları, məktəb pedaqoji kollektivi iştirak ediblər. Məktəbin şagirdləri ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.