02.04.2021

"2016-cı il Aprel döyüşləri - Zəfər tariximizin başlanğıcı oldu" adlı videogörüş

Bu gün Kürdəmir Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə "2016-cı il Aprel döyüşləri - Zəfər tariximizin başlanğıcı oldu" adlı videogörüş keçirilib.

Görüşdə şəhid Tural Qurbanovun atası Gürşad Qurbanov, şəhid Əbu Bəkr İsmayılovun müəllimləri, Aprel döyüşləri qazisi Səməndər Mənəfov, Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov, AMEA-nın N.Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin X.Şirvani adına Aran Regional Filialının direktoru Yaqut Bahadurqızı, rayon ziyalıları iştirak ediblər.

Çıxış edənlər Aprel döyüşlərində ordumuzun zəfərindən, şəhidlərimizin xatirələrindən, döyüşlərdə göstərdikləri igidliklərdən, dördgünlük müharibənin 44 günlük zəfərin başlanğıcı olmasından, bütün şəhidlərimizin qürur yerimiz olmasından söz açıblar.