02.04.2021

Aprel döyüşlərinin şəhidləri ziyarət olunub

Bu gün 2016-cı il Aprel döyüşlərinin ildönümü münasibətilə həmin döyüşlərdə şəhid olmuş pilot Əbu Bəkr İsmayılovun evinin qarşısındakı barelyef və Sığırlı kəndində dəfn olunmuş Tural Qurbanovun məzarı önündə anım tədbiri keçirilib. Əbu Bəkr İsmayılovun barelyefi önündən başlayan tədbirdə şəhidin atası, Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının müavini, Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri, Kürdəmir Rayon Mədəniyyət Mərkəzinin əməkdaşları, Kürdəmir TTD İB-nın üzvləri, rayonun tanınmış ziyalıları iştirakı etmiş, T.İsmayılov adına 1 nömrəli tam orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış etmişlər.

Daha sonra Sığırlı kəndinə yollanan tədbir iştirakçıları şəhid Tural Qurbanovun məzarı önünə tər çiçəklər düzmüş, şagirdimiz şeir söyləmişdir. Məzarlıqda uyuyan digər şəhidlərimiz də ziyarət edilmişdir.