18.02.2021

Dövlətin inkişafına və cəmiyyətin rifahına xidmət edən təşəbbüs. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”

   Hər bir insanın həyatında yaddan çıxarmadığı,qürurla xatırladığı bir an, bir məqam var. Fikirləşirəm ki, xalqımızın həyatında belə məqam Ali Baş Komandan, möhtərəm prezidentimizin ekranlardan şəhərlərimizin işğaldan azad olunması haqqında verdiyi xəbərlərdir. Bir azərbaycanlı kimi həmin an keçirdiyimiz sevinc və qürur hissi heç nəyə bənzəmirdi. Çox şükürlər olsun ki,Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuz bu qələbə sevincini xalqımıza yaşatdı. Bu qələbə həm də bir daha xalqımızın milli birliyini nümayiş etdirdi. Hesab edirəm ki,bu qələbə həm də biz müəllimlərin əsas borcu olan vətənpərvər şagirdlər yetişdirmək missiyasının da layiqincə öhdəsindən gəldiyimizi nümayiş etdirdi. Çünki vətən uğrunda canlarından keçən hər bir şəhidimiz bu vətən sevgisininin bir parşasını da öz müəllimlərindən almışdı.

   Artıq işğal olunan torpaqlar geri qaytarılıb. Artıq bu torpaqlara vaxtı ilə buradan köçkün düşən soydaşlarımızın geri qayıtmasına heç bir maneə yoxdur. Çox təəssüf ki, erməni vandalları şəhərlərimizi, kəndlərimizi dağıdaraq, yandıraraq, talayaraq yaşam üçün mümkünsüz hala salıblar. Lakin möhtərəm prezidentimiz öz çıxışlarında xalqa müraciətdə bildirdi ki, şəhərlərimiz və kəndlərimiz  bərpa olunacaq və əvvəlkindən daha gözəl olacaqlar.

Bu məqsədlə  Prezident İlham Əliyevin "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in təsdiq edilməsi haqqında Sərəncamında qarşıdakı dövrdə əsas sosial-iqtisadi  inkişaf istiqamətləri və prioritet sahələr müəyyən edilmişdir. Bu  sərəncamda  deyilir: "Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdəAzərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə

malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Azərbaycan dövləti ölkədə əhalinin rifahının daha da artırılması üçün sosial yönümlü bazar iqtisadiyyatının inkişaf  etdirilməsi yolunu seçmişdir."

    Sərəncamda ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetin gerçəkləşdirilməsi öz əksini tapmışdır.Bu istiqamətlərə aiddir:

- Azərbaycanda dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşması

-Dinamik inklüziv, eyni zamanda, sosial ədalətə əsaslanan cəmiyyətin formalaşması

-Respublikamızın rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı kimi tanınması

- Respublikamızın  təmiz ətraf mühit, “yaşıl artım” ölkəsi kimi tanınması

- İşğaldan azad olunan ərazilərə böyük qayıdış proqramının reallaşdırılması

İqtisadi artım vətəndaşların həyatına təsir göstərən başlıca amillərdən biridir.

Birinci  istiqamətlə bağlı iqtisadi artımı yüksəltmək üçün iş yerlərinin açılması və həyat səviyyəsinin hər il daha da yaxşılaşması, qabaqçıl ölkələrin təcrübəsindən bəhrələnməli, dövlət və özəl sektorun əməkdaşlığının artırılması məsələləri ön plana çıxır.Yeni innovativ ideyalara açıq olmaq vacib sayılan məqamdır.

    İkinci istiqamətlə bağlı sənəddə davamlı və yüksək iqtisadi artım dinamik və inklüziv cəmiyyətin formalaşmasına xidmət etməli, hər bir vətəndaş öz həyatında bu inkişafı hiss etməsinin vacibliyi nəzərdə tutur. İnsanların sosial statusundan və yaşadığı ərazidən asılı olmayaraq iqtisadi imkanlara çıxışı bərabər və ədalətli olmalıdır. Bu prioritet aşağıdakı üç məqsəd əsasında uğurla reallaşa bilər: inkişafdan hər bir vətəndaşın bəhrələnməsi; yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyət; paytaxt və regionların tarazlı inkişafı.

   Üçüncü istiqamət üzrə deyilir ki, gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün hər bir ölkənin prioriteti yüksək rəqabətli insan kapitalını formalaş-dırmaqdır. Bunun üçün müasir təhsil, innovasiyaları təşviq edən münbit şərait və insanların sağlamlığı əsas şərtdir.XXI əsrin tələblərinə uyğun təhsil;  yaradıcı və innovativ cəmiyyət; vətəndaşların sağlam həyat tərzi –bu üç məqdəsə nail olmaq lazımdır.

   Təhsil cəmiyyətin inkişafının təminatçısıdır.Təhsil sistemində modernləşməyə ,inteqrativ tədris təcrübəsinə əsaslanmaq lazımdır.Gənc nəslin rəqəmsal texnologiyalar dövrünə uyğun hazırlamaq üçün onlara məktəb yaşından rəqəmsal səriştələrin aşılanmasına diqqət yetirməli, indikindən əsaslı şəkildə fərqlənən yeni bacarıqlar, ixtisaslar və peşələr verməlidir. 

   Əhalinin sağlamlığının təmin edilməsi və xüsusi ilə bütün dünyada hal-hazırda koronovirus infeksiyası ilə mübarizə apardığı dövrdə bu işə daha şox diqqət ayrılması məsələsi də prioritet məsələlərdən sayılır.

    Qarşıda gələn növbəti onillikdə əsas məsələlərdən biri də azad olunmuş torpaqlarımızın bərpası və yenidən qurulması məsələsidir.Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaq. İşğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, bu region ölkənin ən abad guşələrindən birinə çevrilməlidir.Hərtərəfli təhlükəsiz və əlverişli həyat şəraitinin yaradılması vətəndaşların əbədi məskunlaşması üçün böyük əhəmiyyət daşıyacaq. Bunun üçün yeni ərazilərdə layiqli yaşayış təmin edilməli, müasir infrastruktur qurulmalı, rahat həyat tərzi və müasir xidmətlərə əlçatanlıq olmalıdır. Regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla, əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması təmin edilməlidir.

    Azad olunan ərazilərdə ermənilərin məhv etmək istədikləri ulu əcdadlarımızın izini ,milli-mədəni abidələrimizin bərpası  da  vacib məsələdir.

   Daha bir istiqamət isə yüksək keyfiyyətli ekoloji mühit; yaşıl enerji məkanının yaradılamsı və təmin edilməsidir.Sərəncamda qeyd edilir ki, indiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan "yaşıl" texnologiyaların tətbiqi genişləndirilməli, alternativ və bərpa olunan enerji mənbələrinin ilkin istehlakda payı artırılmalı və iqlim dəyişikliklərinə təsir azaldılmalıdır.

   Verilən sərəncam hər bir Azərbaycan vətəndaşında qarşıya qoyulan məqsədlərə çatmaq üçün bir stimul yaratmalı, bu məqsədləri reallaşdırmaq üçün əlindən gələni əsirgəməmlidir. Bu bizim ümümi işimizdir. Necə ki, Ali Baş Komandan , Rəşadətli Ordumuz və xalqımızın  milli birliyi sayəsində torpaqlarımız azad oldu və tariximizə "Zəfər" tarixi yazıldı, eləcə də gələcək onillikdə inanıram ki, Möhtərəm Prezidentimizin rəhbərliyi altında doğma yurdumuz dünyanın ən qabaqcıl ölkəsi kimi dünyaya səs salacaq.

 

Kürdəmir şəhər T.İsmayılov adına 1 №-li tam orta  məktəbin ”Qabaqcıl Təhsil işçisi” döş nişanlı,Tərəqqi medallı tarix müəllimi İbrahimova Gülbəniz Qeyrət qızı.