09.02.2021

Kürdəmir rayon ümumi təhsil müəssisələrində yol hərəkətinin təhlükəsizliyinə dair tədbirlər keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2018-ci il tarixli 852 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” icrası ilə əlaqədar tərtib olunmuş fəaliyyət planına uyğun olaraq Kürdəmir Rayon Təhsil Şöbəsinin tabeçiliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində yol hərəkətinin təhlükəsizliyinə dair bir sıra tədbirlər keçirilmişdir. Tədbirlərimizdə məktəb müəllim-şagird heyəti ilə yanaşı yol polisi əməkdaşları da iştirak etmişdir.