Kürdəmir rayon Təhsil Şöbəsi 1930-cu ildə Kürdəmir rayon Xalq Maarif Şöbəsi kimi fəaliyyətə başlamışdır. 1993-cü ildə adı dəyişilərək Kürdəmir rayon Təhsil Şöbəsinə çevrilmişdir. Hazırda Kürdəmir rayon Təhsil Şöbəsinin nəzdində 62 ümumtəhsil müəssisəsi – 43 tam orta, 13 ümumi orta, 2 ibtidai məktəb, 4 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.