Tarverdiyev Natiq Rafiq oğlu

                Müdir

 

Tarverdiyev Natiq Rafiq oğlu 1981-ci ilin iyun ayının 7-də Kürdəmir şəhərində anadan olmuşdur. 1987-ci ildə Kürdəmir şəhər 2 saylı tam orta məktəbin I sinfinə daxil olmuş, 1993-cü ildən təhsilini Ağdaş Özəl Türk Liseyində davam etdirmişdir. 1999-cu ildə həmin liseyin XI sinfini bitirirək Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. 2003-cü ildə həmin fakültəni müvəffəqiyətlə bitirib tarixçi ixtisasına yiyələnmişdir. 2003-2004-cü illərdə hərbi xidmətdə olmuşdur. 02 fevral 2005-ci il tarixdən 10 oktyabr 2005-ci il tarixə qədər Kürdəmir rayonu Texniki Yaradıcılıq Mərkəzində dərnək rəhbəri vəzifəsinə təyin olunmuş, 01 oktyabr 2009-cu il tarixdən 03 may 2013-cü il tarixədək Kürdəmir rayon Təhsil Şöbəsində metodist vəzifəsində işləmiş, 03 may 2013-cü il tarixdən 29 noyabr 2017-ci il tarixədək RTŞ-nin metodkabinetinin direktoru vəzifəsində çalışmışdır. 30 noyabr 2017-ci il tarixdən Kürdəmir RTŞ-nin müdiri vəzifəsində işləyir. 

Ailəlidir. 2 övladı var.

 

Ətraflı