25.04.2016

Respublika fənn olimpiadalarının final mərhələsi keçirilib

Aprelin 16-da Bakı şəhərində yerləşən Fizika, riyaziyyat və informatika təmayülli liseydə fizika, riyaziyyat, kimya və biologiya fənləri üzrə, aprelin 23-də isə Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix fənləri üzrə Respublika fənn olimpiadalarının final mərhələsi keçirilmişdir.

Kürdəmir rayonu ümumtəhsil məktəblərindən 1 nəfər şagird (Dəyirmanlı kənd tam orta məktəbin XI sinif şagirdi – Məmmədli Gilə Mübariz qızı) fizika fənni üzrə, 1 nəfər  şagird  (E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbin IX sinif şagirdi – Eminov Ruzi Ziya oğlu) coğrafiya fənni üzrə, 1 nəfər şagird  (şəhər 1 saylı tam orta məktəbin XI sinif şagirdi – Rəfiyeva Aydan Qənbər qızı) isə tarix fənni üzrə  final mərhələsində iştirak etmişdir. Şagirdlərə açıq tipli suallar təqdim olunmuşdur. Fənlərdən asılı olaraq, şagirdlərə təqdim olunan tapşırıqların yerinə yetirilməsi üçün 3 və ya 4 saat vaxt verilmişdir.

İmtahandan çıxan şagirdlərə sualların düzgün həlləri və cavabları təqdim edilmişdir.

Nəticəsindən narazı olan şagirdlərə münsiflər heyəti ilə müzakirə aparmaq imkanı verilmişdir.

İmtahan bitdikdən sonra Respublika fənn olimpiadalarının münsiflər heyəti şagirdlərin yazı işlərini yoxlamış və nəticələr həmin gün elan olunmuşdur.    

   


Açar sözlər: