05.03.2018

Biologiya gecəsi keçirilib

        Atakişili kənd tam orta məktəbində biologiya gecəsi keçirilib. Gecədə rayon Təhsil Şöbəsinin metodkabinetinin direktor əvəzi Mehman Osmanov, məktəb rəhbərliyi, pedaqoji kollektiv və rayonun ümumtəhsil məktəblərindən biologiya müəllimləri iştirak etmişlər. Tədbirdə şagirdlər biologiya elmi haqqında biliklər, kəlamlar söyləmiş, səhnəciklərlə çıxış etmişlər. Şagirdlər sonra əl işlərindən ibarət sərgi nümayiş etdirmişlər.


Açar sözlər: ,  ,