27.02.2018

"İslam həmrəylik və birliyə çağırış dinidir" mövzusunda maarifləndirici tədbir keçirilib

        27.02.2018-ci il tarixində T.İsmayılov adına şəhər 1 saylı tam orta məktəbində  "İslam həmrəylik və birliyə çağırış dinidir" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlar üzrə Dövlət qurumunun, Kürdəmir RİH-in, dini icmaların nümayəndələri, məktəbin pedaqoji və şagird kollektivi iştirak edib. Tədbirdə şagirdlərdə dini radikalizmə qarşı mübarizə aparmaq və İslam dininin əsl mahiyyətindən  danışılıb.


Açar sözlər: ,  ,